Xəbərlər

Polşa Ukraynaya qoşun göndərmək fikrində deyil

“Polşa hakimiyyəti Ukraynaya qoşun göndərmək fikrində deyil. Bu məsələ ölkə rəhbərliyi tərəfindən müzakirə edilmir”.

“Füyuzat”ın məlumatına görə, bunu Polşanın milli müdafiə nazirinin müavini Sezari Tomçik deyib.

Bir gün əvvəl Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski “Gazeta Wyborcza” qəzetinə, eləcə də İtaliyanın “La Repubblica” və İspaniyanın “El Pais” nəşrlərinə müsahibəsində Polşa hərbçilərinin Ukraynaya göndərilməsi məsələsi ilə bağlı bildirib ki, bu addıma icazə verilə bilər və Varşava heç bir variantı istisna etməməlidir.

Bundan dərhal sonra Polşa diplomatik departamentinin mətbuat katibi Pavel Vronski qeyd edib ki, Varşava hələlik Ukraynaya hərbi personal göndərmir.