Xəbərlər

Polşa: Ukraynaya qoşun yeritmək üçün Qərbdə koalisiya yoxdur

“Ukraynaya sülhməramlı kontingentin göndərilməsi ilə bağlı Avropa ölkələrinin koalisiyası yaradılmayıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış bildirib.

“Bu gün Ukraynaya qoşun göndərməyi planlaşdıran ölkələrin koalisiyası yoxdur. Rusiya ilə həmsərhəd olan Avropa ölkələri heç bir halda Ukraynada potensial sülhməramlı missiyada iştirak etməməlidir”, – o qeyd edib.