Xəbərlər

Polşa və ABŞ müqavilə imzalayacaq

“Polşa ilə ABŞ 2 milyard dollarlıq “Patriot” hava hücumundan müdafiə sistemlərinin alışı ilə bağlı müqavilə imzalayacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış açıqlama verib.

“Polşa və ABŞ təxminən 2 milyard dollar dəyərində müqavilə imzalayacaqlar ki, bu müqaviləyə də “Patriot” hava hücumundan müdafiə sistemi üçün logistik dəstək və təlim, eləcə də texniki dəstək komponentləri daxildir”, – nazir qeyd edib.