Xəbərlər

Polşada korrupsiyaya qarşı mübarizə xidmətinin ləğv edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb

“Polşada Mərkəzi Antikorrupsiya Bürosunun ləğv edilməsi haqqında qanun layihəsi hazırlanıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə xüsusi xidmət üzrə nazir-koordinator Tomaş Siemoniak məlumat verib.

“Qanun layihəsi hazırdır. Bu gün biz bütün prosedura başlayırıq. Hesab edirəm ki, qanun yay bayramlardan əvvəl qəbul olunacaq”, – Siemoniak bildirib.

Yanvarın 29-da, sənədin hazırlandığı ilk günlərdə Siemoniak deyib: “Mərkəzi Antikorrupsiya Bürosunun yaxşı işçiləri var, lakin ola bilməz ki, Polşada bir xidmət yalnız problemlər, fırıldaqlar, macəralar və qəribə hərəkətlərlə assosiasiya olunsun”.

Qeyd edək ki, Mərkəzi Antikorrupsiya Bürosunun ləğvinə dair fundamental qərar 2023-cü il noyabrın 10-da keçirilmiş parlament seçkilərində qalib gəlmiş müxalifət liderləri tərəfindən qəbul edilib.