Xəbərlər

Prezident “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında fərman imzalayıb

Prezident “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında fərman imzalayıb

“Füyuzat“ın məlumatına görə, Prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək.