Xəbərlər

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb.

“Füyuzat”ın məlumatına görə, Ankaranın Esenboğa Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər yola salıblar.