Rusiya prezidenti Vladimir Putin İraq Respublikasının Baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı aparıb, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya prezidenti Vladimir Putin ilə İraq Respublikasının Baş naziri Məhəmməd əl-Sudani arasında telefon danışığı olub. İsrailin İrana qarşı hərbi əməliyyatı, eləcə də ABŞ-ın İranın nüvə obyektlərinə raket və hava zərbəsi endirməsi ilə bağlı Yaxın Şərqdəki vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb”, – Kremlin məlumatında deyilir.