Xəbərlər

Putin və Pezeşkian İran-ABŞ danışıqlarını müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub. Tərəflər nüvə sazişi üzrə İran-ABŞ danışıqlarının gedişatını müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Mövcud beynəlxalq və regional məsələlər, o cümlədən Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında İranın nüvə proqramı üzrə danışıqların gedişi ilə bağlı fikir mübadiləsi aparılıb”, – deyə məlumatda bildirilib.

“Rusiya tərəfinin beynəlxalq hüququn prinsiplərinə əsaslanan ədalətli razılığın əldə edilməsi məqsədi ilə bu dialoqun irəliləyişini asanlaşdırmağa hazır olduğu təsdiqlənib”, – məlumata əlavə edilib.