Xəbərlər

Qazaxıstan: AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı hesabat yaxın günlərdə açıqlanacaq

“Qazaxıstan Nəqliyyat Nazirliyi yaxın günlərdə “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabatı dərc etmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev mətbuat konfransında bildirib.

“İş son mərhələdədir, gözləyirik ki, yaxın günlərdə ilkin hesabat rəsmi olaraq saytımızda dərc olunacaq. Mütəxəssislərə öz işlərini başa çatdırmaq üçün vaxt lazımdır, bu, çox incə və əziyyətli işdir. Azərbaycan Respublikasından, Rusiya Federasiyasından, həmçinin “Embraer 190″ təyyarəsinin istehsalçı ölkəsi kimi Braziliyadan, Braziliya Araşdırma və Profilaktika Mərkəzindən (CENIPA) beynəlxalq mütəxəssislər gətirilib. Onlar çox çalışırlar”, – məlumatda bildirilib.