Xəbərlər

Qazaxıstan benzin və dizel yanacağının ixracına qadağa qoyub

Qazaxıstanın Energetika Nazirliyi, Milli Təhlükəsizlik Komitəsi, Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə əmri ilə benzin və dizel yanacağının dəmir yolu ilə üçüncü ölkələrə, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə ixracına qadağa qoyulub.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Verilən məlumata görə, qadağa yanvarın 29-da tətbiq olunacaq və martın 29-dək qüvvədə olacaq.