Polis və Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları Qazaxıstanın Türküstan vilayətində dini radikalların mütəşəkkil silahlı dəstəsini zərərsizləşdiriblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Saxlanılan şəxslər məhkəmə tərəfindən ekstremist hal kimi tanınan materialları yaymaqda şübhəli bilinirlər. Şübhəlilərin yaşayış və iş yerlərində aparılan axtarışlar zamanı narkotik vasitələr, qanunsuz saxlanılan silah-sursat və digər maddi sübutlar götürülüb. Dəstənin rəhbərləri məhkəmənin qərarı ilə həbs edilib”, – məlumatda bildirilib.