“Qazaxıstan hakimiyyəti ikinci və üçüncü atom elektrik stansiyalarının (AES) tikintisi üçün ən əlverişli regionları təhlil edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov bildirib.
“Yaxın vaxtlarda biz Almatı vilayətində ilk AES-in tikintisi ilə bağlı lazımi müqavilələr bağlayacağıq, ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi üçün mümkün yerləri müəyyən etmək məqsədilə regionların təhlili tamamlanır”, – Bektenov deyib.
Qeyd edək ki, Qazaxıstanda 2024-cü il oktyabrın 6-da atom elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı referendum keçirilib. Respublikada stansiyanın tikintisini seçicilərin 71,12 faizi dəstəkləyib.