Xəbərlər

Qazaxıstanda Suriya üzrə Astana formatında görüş keçiriləcək

Suriya üzrə Astana formatında növbəti görüşün noyabrın 11-12-də Qazaxıstanın paytaxtında keçiriləcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd edilib ki, görüşün ilk günündə nümayəndə heyətlərinin ikitərəfli və üçtərəfli məsləhətləşmələri, həmçinin noyabrın 12-də plenar iclas və yekun mətbuat konfransı keçiriləcək.

“Görüşün gündəliyinə aşağıdakı məsələlər daxildir: Suriyadakı vəziyyətin hərtərəfli nizamlanması üçün səylər, o cümlədən girovların azad edilməsi və itkin düşmüş şəxslərin tapılması”, – məlumatda qeyd olunub.