Qətər rəhbərliyi 2011-ci ildə bağlanmış əmirliyin Dəməşqdəki səfirliyini dekabrın 17-dən etibarən yenidən açmağa qərar verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qətərin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Qətər tərəfi çərşənbə axşamından etibarən qardaş Suriya Ərəb Respublikasındakı səfirliyinin yenidən açılmasını elan edib. Bu, 2011-ci ildə Suriyanın keçmiş hökuməti ilə diplomatik əlaqələrin kəsilməsi və Qətər tərəfindən Suriya xalqının inqilabına prinsipial dəstəyin ifadəsidir”, – məlumatda bildirilib.