Xəbərlər

Qətər: İsrail Qəzzada atəşkəslə bağlı danışıqlarda maraqlı deyil

“İsrailin Qəzza zolağına zərbələr endirməsi onların atəşkəsə maraq göstərmədiyini nümayiş etdirir”.

“Füyuzat”ın məlumatına görə, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani deyib.

“Bu hərəkətlər İsrailin danışıqlara marağının olmadığını göstərir. Bu pis əlamətdir və narahatlığımızı İsrailə çatdırdıq. Həmçinin onlara bütün girovları geri qaytaracaq, Qəzzada müharibəyə son qoyacaq və humanitar əzabların sona çatmasını təmin edəcək danışıqlara ehtiyac olduğunu da bildirdik. Biz hər iki tərəflə əməkdaşlıq edirik və tərəqqiyə ümid edirik, lakin irəliləyişin əldə olunması üçün İsrailin mövqeyini dəyişməsi lazımdır”, – nazir əlavə edib.