Xəbərlər

Qətər Qəzzada atəşkəs danışıqlarının dalana dirəndiyini bildirib

Qəzza zolağında atəşkəs danışıqları İsrailin Rəfah əməliyyatına görə dalana dirənib.

“Füyuzat”ın məlumatına görə, bunu İsrail və HƏMAS hərəkatı arasında danışıqlarda vasitəçi kimi çıxış edən Qətər hökumətinin başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani deyib.

“Son bir neçə həftədə biz müəyyən işlər gördük, lakin danışıqlar prosesi təəssüf ki, düzgün istiqamətdə getmədi. İndi demək olar ki, tam çıxılmaz vəziyyətdəyik”, – baş nazir Dohada keçirilən Qətər İqtisadi Forumunda bildirib.