“İsrail hökuməti girovların azad edilməsi və Qəzza zolağında atəşkəslə bağlı razılaşmanı təsdiq edəcəyi təqdirdə biz istefa edəcəyik”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir və Yəhudi Gücü partiyasının lideri mətbuat konfransında bildirib.
“Bu razılaşma qəbuledilməzdir. Razılaşma olarsa, Yəhudi Gücü partiyası hökuməti tərk etmək üçün müraciət edəcək. Qəzza zolağında müharibə yenidən başlasa, Yəhudi Gürcü partiyası hökumətə qayıtmağa hazır olacaq. Mən Netanyahu hökumətini əvəzləmək niyyətində deyiləm. Biz onun Baş nazir vəzifəsini davam etdirməsinə icazə verəcəyik, lakin biz bu hökumətin bir hissəsi olmayacağıq”, – konfransda bildirilib.