Xəbərlər

Qəzza Səhiyyə Nazirliyi: Anklavda ölənlərin sayı 32,5 minə yaxınlaşıb

İsrailin Qəzza zolağına davam edən hücumları nəticəsində ölənlərin sayı 32,5 mini keçib, təxminən 74,9 min nəfər xəsarət alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyinin anklavadakı ofisi bildirib.

“İsrailin Qəzza zolağında hərbi əməliyyatları başlayandan indiyədək təxminən 32,5 min fələstinli həlak olub, 74,9 minə yaxın insan isə yaralanıb”, – məlumatda qeyd edilib.