Xəbərlər

Qəzza zolağında ölənlərin sayı 33 843 nəfərə çatıb

İsrailin Qəzza zolağına zərbələri nəticəsində ölən fələstinlilərin sayı 33 843 nəfərə çatıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, təkcə son 24 saat ərzində 46 nəfər ölüb, 110 nəfər yaralanıb. Bir çox cəsəd dağıntılar altında qalıb və həkimlər onlara çatmaqda çətinlik çəkirlər.