İsrailin Fələstin anklavında keçirdiyi hərbi əməliyyatlar nəticəsində son 24 saat ərzində Qəzza zolağında azı 118 nəfər həlak olub, 581 nəfər isə yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzza Səhiyyə Nazirliyindən bildirilib.
2023-cü ilin oktyabrından Qəzza zolağında aparılan hərbi əməliyyatlarda ölənlərin ümumi sayı 57 min 130 nəfərə, yaralıların sayı isə 135 min 173 nəfərə çatıb.