“İsrail anklavda atəşkəs razılaşmasını təsdiq edərsə, ilk girovlar yanvarın 19-u Qəzza zolağından İsrailə qayıda bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
“Nazirlər Kabineti və İsrail hökumətinin təsdiqi və müqavilənin qüvvəyə minməsi şərti ilə girovların azad edilməsi planlaşdırıldığı kimi həyata keçirilə bilər”, – məlumatda bildirilib.