Xəbərlər

Qəzzada ölənlərin sayı 24 min 762-yə yüksəlib

“İsrailin Qəzza zolağına 7 oktyabr 2023-cü il tarixindən bu yana həyata keçirdiyi hücumlarda həlak olan fələstinlilərin sayı son 24 saatda 142 nəfər artaraq 24 min 762-yə çatıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra söyləyib.

“Dağıntılar altında və yol kənarında hələ də ölənlər var, lakin tibbi qruplar və mülki müdafiə işçiləri cəsədlərə çata bilməyib”, – Qudra bildirib.