Xəbərlər

Qəzzada öldürülənlərin sayı 29 mini keçib

“7 oktyabrdan bəri davam edən Fələstin–İsrail müharibəsində 29 mindən çox fələstinli həyatını itirib”.

“Füyuzat”ın məlumatına görə, bunu Qəzza Səhiyyə Nazirliyi verdiyi açıqlamada bildirib.

“İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 29 092 fələstinli ölüb, 69 028 fələstinli isə yaralanıb”, – açıqlamada qeyd edilib.