Xəbərlər

Qəzzada ölənlərin sayı 35,1 mini keçib

2023-cü ilin oktyabrında İsrail hərbi əməliyyatları başlayandan bəri Qəzza zolağında həlak olan fələstinlilərin sayı 35,1 mini keçib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama yayıb.

“Ötən il oktyabrın 7-dən bu yana İsrailin təcavüzü qurbanlarının sayı 35 173 nəfərə yüksəlib, 79 061 nəfər yaralanıb”, – açıqlamada qeyd edilib.

Departament əlavə edib ki, təkcə son 24 saat ərzində Qəzzada 82 nəfər ölüb, 234 nəfər yaralanıb.