Xəbərlər

Qəzzada ölənlərin sayı 35,3 mini keçib

2023-cü ilin oktyabr ayının əvvəlindən İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı 35,3 minə yaxın fələstinli həlak olub, 79,2 mindən çoxu isə yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı artaraq 35 272 nəfərə çatıb, daha 79 205 nəfər yaralanıb”, – Səhiyyə Nazirliyinin rəsmi “Telegram” kanalında dərc olunan bəyanatda deyilir.

Departament son 24 saat ərzində Qəzzada 39 nəfərin həlak olduğunu, daha 64 nəfərin yaralandığını qeyd edib.