Xəbərlər

Qəzzada ölənlərin sayı 36 min 654-ə yüksəlib

244 gündür davam İsrail-Fələstin münaqişəsi zamanı Qəzza zolağında ölənlərin sayı 36 min 654-ə çatıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.

Açıqlamada 7 oktyabrından etibarən Qəzza zolağında ölənlərin sayının 36 min 654-ə, yaralıların sayının isə 83 min 309-a yüksəldiyi qeyd edilib.

Məlumata əlavə olaraq bildirilib ki, dağıntılar altında və yol kənarında hələ də cəsədlər qalıb, lakin tibb qrupları və mülki müdafiə işçiləri cəsədlərə çata bilmir.