Xəbərlər

Qəzzada ölənlərin sayı 37 min 164-ə çatıb

İsrailin 249 gündür hücumlarını davam etdirdiyi Qəzzada can itkisi 37 min 164-ə yüksəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.

Məlumatda qeyd edilib ki, İsrail ordusu son 24 saatda Qəzzanın müxtəlif bölgələrində 3 hücum həyata keçirib və bu hücumlarda daha 40 fələstinli həyatını itirib, 120 fələstinli isə yaralanıb.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 37 min 164-ə, yaralıların sayının isə 84 min 832-yə yüksəldiyi əlavə edilib.