İsrail hərbçilərinin 2023-cü ilin oktyabrında anklavda əməliyyatlara başladığı gündən bu yana Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində təxminən 38,2 min insan həlak olub, 88 minə yaxın insan isə yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Departamentin rəsmi “Telegram” kanalında dərc olunan bəyanatında deyilir: “İsrailin Qəzzada təcavüzü qurbanlarının sayı indi 38 193 nəfərə çatıb, daha 87 903 nəfər yaralanıb”.
Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və hava hücumları nəticəsində 40 fələstinli həlak olub, 75 nəfər yaralanıb.