Xəbərlər

Qəzzada ölənlərin sayı 40 mini keçib

İsrail qüvvələrinin son 24 saat ərzində Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində azı 58 nəfər həyatını itirib, 131 nəfər isə yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, oktyabrın 7-dən etibarən İsrail-Fələstin münaqişəsində ölənlərin sayı 40 min 534-ə, yaralıların sayı isə 93 min 778-ə yüksəlib.