Fələstinli radikallar Qəzza zolağının şimalından İsrail ərazisinə doğru 3 raket atıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata görə, bir raket Hərbi Hava Qüvvələri tərəfindən ələ keçirilib, ikincisi Sderot şəhərinə düşüb, üçüncüsü isə yaşayış olmayan ərazidə partlayıb.
Ölən və yaralananlar barədə məlumat verilməyib.