Qırğızıstan prezidenti Sadır Japarov Rusiyaya səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov bu gün Moskvaya işgüzar səfərə gedib. Dövlət başçısının təyyarəsi “Vnukovo-2″ Beynəlxalq Hava Limanına enib”, – məlumatda qeyd olunub.
Təfərrüatlar verilməyib.