“Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emoməli Rəhmon və Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu il martın 31-də tarixdə ilk dəfə üçtərəfli sammit keçirəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov Cenevrədə BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasının yüksək səviyyəli iclasında bildirib.
“O, martın 31-də Xucənddə Qırğızıstan, Tacikistan və Özbəkistan başçılarının tarixdə ilk üçtərəfli sammitinin keçiriləcəyini elan etdi ki, bu da regional əməkdaşlığın möhkəmləndirilməsində mühüm addım olacaq”, – Qırğızıstan hökumətinin mətbuat xidmətindən bildirilib.