Xəbərlər

Qırğızıstan Tacikistanla hava əlaqəsini bərpa edəcək

Qırğızıstan və Tacikistan iki ölkə arasında 2021-ci ildə kəsilən hava əlaqəsini bərpa etmək barədə razılığa gəliblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov Tacikistan lideri Emoməli Rəhmonla danışıqlardan sonra deyib.

“Biz hava əlaqəsini bərpa etməyə razılaşdıq. Yaxın vaxtlarda tərəflər arasında avtobus reysləri də bərpa olunacaq”, – prezident vurğulayıb.