Tacikistan prezidenti Emoməli Rəhmon və Qırğızıstan Prezidenti Sadır Japarov ümumi dövlət sərhədində keçid məntəqəsini açmaq barədə razılığa gəliblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan liderinin administrasiyası məlumat yayıb.
“İki ölkə başçıları bu gün, martın 13-də videobağlantı vasitəsilə ölkələr arasında sərhədin açılmasını birlikdə müşahidə edəcəklər”, – məlumatda bildirilib.