Qırğızıstanın Çolpon-Ata şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin məhdud tərkibli iclası başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Baktıbek Bekbolotov bildirib.
“Sədr kimi icazə verin, KTMT-nin təhlükəsizlik şuraları katiblərinin iclasını açıq elan edim”, – Bekbolotov qeyd edib.
Verilən məlumata görə, iclasda Belarus, Qazaxıstan, Tacikistan Təhlükəsizlik Şurasının katibləri, eləcə də Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini iştirak edir.