Xəbərlər

Qırğızıstanın Baş naziri Akılbek Japarov vəzifəsindən azad edilib

Qırğızıstan Nazirlər Kabinetinin sədri, Prezident Adminstrasiyasının rəhbəri Akılbek Japarov vəzifəsindən azad edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Qırğız Respublikasının Prezidenti Sadır Japarov Akılbek Japarovun Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb”, – mətbuat xidmətinin nümayəndəsi bildirib.