“Artan geosiyasi gərginliyin təsiri ilə qlobal hərbi xərclər rekord həddə çatacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni hesabatında məlumat yayıb.
Qlobal hərbi xərclərin 2025-ci ildən əvvəlki ilə nisbətən real ifadədə yüzdə 9,4 faiz artaraq 2 trilyon 718 milyard dollara çatacağı və bütün zamanların ən yüksək səviyyəsinə qalxacağı ifadə edilən hesabatda keçən il Avropa və Yaxın Şərqdə hərbi xərclərin kəskin artdığı vurğulanıb.
Hesabatda qlobal hərbi xərclərin son 10 ildə ardıcıl olaraq artdığı, keçən il Soyuq Müharibə bitdikdən sonra ən kəskin artımın qeydə alındığı, adambaşına düşən qlobal hərbi xərclərin 1990-cı ildən bu yana ən yüksək həddə, yəni 334 dollara çatdığı qeyd edilib.