“BMT-nin baş katibi Antonio Quterreş Hindistan və Pakistanı maksimum təmkinli olmağa çağırıb. O hesab edir ki, dünya bu iki böyük ölkə arasındakı hərbi qarşıdurmaya tab gətirə bilməz”.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında qeyd olunub.
“Baş katib Hindistanın Nəzarət Xətti və Beynəlxalq Sərhəd boyunca apardığı hərbi əməliyyatlardan dərin narahatdır. O hər iki ölkəni maksimum təmkin nümayiş etdirməyə çağırır. Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya dözə bilməz”, – bəyanatda bildirilib.