Xəbərlər

Qvatemalada vulkan püskürüb, 30 min insan təhlükədədir

Qvatemaladakı Fueqo vulkanının püskürməsi nəticəsində 300 ailə təxliyə edilib, daha 30 min insanın həyatı isə təhlükə altındadır.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

Səlahiyyətlilər ehtiyat tədbiri olaraq ətrafdakı məktəbləri və icmaları birləşdirən əsas yolu bağlayıb.

Qeyd edək ki, Fueqo vulkanı bazar ertəsi gecə püskürməyə başlayıb və hələ də davam edir.