Ali Rada ikinci cəhddə Volodimir Zelenskinin prezident səlahiyyətlərini icra etməyə davam etməsini dəstəkləyən qətnamə qəbul edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat verib.
“İkinci cəhddə, bu gün nəhayət, demokratiya (və Zelenskiyə və qarşıdan gələn seçkilərə dəstək) haqqında qətnamə qəbul etdilər. Halbuki dünən onlar uğursuzluğa düçar olmuşdular”, – o teleqram kanalında yazıb.
Jeleznyakın sözlərinə görə, qətnamənin mətnində qeyd olunur ki, Zelenski “Ukraynanın yeni seçilmiş prezidenti vəzifəyə başlayana qədər” səlahiyyətlərini icra etməyə davam etməlidir.