İyulun 23-də rejissor Namiq Ağayev MİMTA Fondunun qonağı olub.
“Füyuzat”ın məlumatına görə, rejissor MİMTA Fondunun mətbu orqanı olan “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu ilə görüşüb.
Yaradıcı müstəvidə baş tutan görüşdə Namiq Ağayev “MİMTA Yayımları” xətti ilə Azərbaycanın publisistika və ictimai fikir tarixində mühüm mərhələ yaratmış “Füyuzat” və “İşıq” jurnallarının və “MİMTA Yayımları”nın fəaliyyəti ilə yaxından tanış olub.
Sonda qonağa MİMTA Fonduna məxsus jurnallar, həmçinin “MİMTA Yayımları”nda nəşr olunan “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusu hədiyyə edilib. Namiq Ağayev göstərilən diqqətə görə Fondun əməkdaşlarına minnətdarlığını bildirib.
Xatırladaq ki, Namiq Ağayev 1962-ci ildə Bakıda Anadan olub. O, uzun illər teart, film və televiziya rejissoru kimi fəaliyyət göstərib, bir sıra filmlərdə aktyor kimi çəkilib.



