“Birləşmiş Ştatlar Çinin yarımkeçirici sənayesinin inkişafının qarşısını almaq məqsədi daşıyan tədbirlər çərçivəsində 140 Çin şirkətinə öz məhsullarının tədarükünə məhdudiyyətlər qoymaq niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, yeni tədbirlər yaddaş çiplərinin və mikrosxemlərin istehsalı üçün avadanlıqların Çinə ixracını məhdudlaşdırmaq məqsədi daşıyır və müvafiq lisenziya olmadan bəzi Çin şirkətlərinə Amerika məhsullarının tədarükünə qadağa qoyulmasını nəzərdə tutur.