ABŞ-ın energetika naziri Kris Rayt çərşənbə günü Yaxın Şərq ölkələrinə – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərə iki həftəlik səfərə yollanacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Əldə edilən məlumata görə, səfər münasibətlərin qurulmasına, neftlə bağlı vəziyyətə və ABŞ-a investisiyaların yatırılmasına həsr olunacaq.
Qeyd edilib ki, səfər ABŞ prezidenti Donald Trampın bu ölkələrə bir sonrakı səfərinin əsasını qoymağa kömək edəcək və ehtimal ki, mayın ortalarında prezidentin bu ölkələrə səfəri baş tutacaq.