Xəbərlər

Reuters: Tramp ABŞ-dan Kiyev üçün silah alışını artırmağa çalışır

“ABŞ prezidenti Donald Trampın administrasiyası avropalı müttəfiqlərindən Ukraynaya təhvil verilməsi üçün Amerika silahlarının alışını artırmağı tələb etmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə bazar ertəsi “Reuters” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Tramp administrasiyası Moskva ilə potensial sülh danışıqları ərəfəsində avropalı müttəfiqlərini Ukrayna üçün Amerika silahlarının alışını artırmağa sövq etməyi planlaşdırır. Bu da bir növ Rusiyaya təzyiq vasitəsi kimi başa düşülə bilər.