Xəbərlər

Reuters: Tramp Rusiya–Ukrayna danışıqları üçün Türkiyəyə getməyəcək

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında baş tutacaq danışıqlarda iştirak etmək üçün Türkiyəyə səfər etməyəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Prezident Tramp Rusiya və Ukrayna arasında danışıqlarda iştirak etmək üçün Türkiyəyə getməyəcək”, – agentlik yazır.

Daha əvvəl Kremlin saytı Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlar üçün nümayəndə heyətinin tərkibini təsdiqlədiyini yazıb. Sənədə əsasən, prezidentin köməkçisi Vladimir Medinski nümayəndə heyətinin rəhbəri təyin edilib.