“ABŞ prezidenti Donald Trampın Kolumbiyaya qarşı sanksiyalar və ticarət tarifləri tətbiq etmək qərarı ABŞ-ın Latın Amerikası ölkələri ilə müharibəsinə səbəb ola bilər”.
“Füyuzat”ın məlumatına görə, bu fikri bazar günü keçmiş amerikalı kəşfiyyat zabiti və BMT-nin keçmiş müfəttişi Skott Ritter deyib.
“Siz özünüzü Kolumbiya, Venesuela, Panama, Kuba və Meksikanı Birləşmiş Ştatlara qarşı birləşdirəcək əsl müharibə vəziyyətində tapacaqsınız”, – deyə o “X”də yazıb.