Xəbərlər

Rubio: ABŞ Moskvanın təklifini qiymətləndirdikdən sonra atəşkəslə bağlı qərar verəcək

“ABŞ Rusiyanın hazırladığı Ukraynada nizamlanmaya dair memorandumun qiymətləndirilməsi əsasında Moskva və Kiyevlə bağlı növbəti qərarlar verəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Ümid edirik ki, biz sülh sazişi bağlaya bilərik. Rusların yaxın bir neçə gün ərzində daha geniş danışıqlara və yekun nizamlanmaya gətirib çıxara biləcək atəşkəs üçün nə tələb etdiklərini əks etdirən sənəd, onların adlandırdıqları kimi sülh memorandumu hazırlaması gözlənilir”, – Rubio əlavə edib.