“Amerika administrasiyası ikitərəfli münaqişənin həlli məqsədilə Hindistan və Pakistan rəhbərliyi ilə əlaqə saxlayacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio “X” səhifəsində qeyd edib.
“Biz Hindistan və Pakistan arasındakı vəziyyəti yaxından izləyirik. ABŞ sülh yolu ilə həll tapmaq üçün Hindistan və Pakistan rəhbərliyi ilə əlaqə saxlamağa davam edəcək”, – Rubio əlavə edib.