ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın NATO-da fəal rol oynamağa davam edəcəyini, Vaşinqtonun ittifaqın güclənməsini istədiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, o bu barədə jurnalistlərə müsahibəsində deyib.
“Birləşmiş Ştatlar NATO-da həmişə fəal rol oynayıb. ABŞ prezidenti Donald Tramp NATO-ya qarşı deyil. O, ölkələrin hər birinə şamil olunan müqavilə üzrə öhdəlikləri yerinə yetirmək üçün lazımi imkanlara malik olmayan NATO-ya qarşıdır”, – Rubio bildirib.
O qeyd edib ki, “bir sıra dünya və Amerika KİV-lərində ABŞ və NATO mövzusuna dair isterikaya və şişirtməyə” heç bir şəkildə haqq qazandırmaq olmaz: “Biz NATO-nun daha güclü, daha möhkəm olmasını istəyirik. Və NATO-nun daha güclü və daha möhkəm olmasının yeganə yolu tərəfdaşlarımızın, bu mühüm alyansın bir hissəsi olan üzv dövlətlərin daha çox varianta malik olmasıdır”.