Xəbərlər

Rubio: ABŞ və Rusiya ərazi məsələlərini müzakirə etməyib

“Səudiyyə Ərəbistanında keçirilən görüşdə ABŞ və Rusiya nümayəndə heyətləri ərazi məsələlərini müzakirə etməyiblər”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Biz ərazilərlə bağlı heç bir konkret məsələni müzakirə etmədik, çünki görüşün məqsədi bu deyildi. Görüşün məqsədi sülh üçün müzakirələrə real marağın olub-olmadığını müəyyən etmək idi”, – o qeyd edib.